PIN-kodun dəyişdirilməsi

Elektron bank kartlarının sahiblərinin rahatlığı üçün “AzəriKard” prosesinq mərkəzi bankomat vasitəsi ilə PIN-kodun dəyişdirilməsi xidmətini təqdim edir.
Plastik kartının PIN-kodunu dəyişdirmək üçün müştəri:
 
1. bankomatın menyusunda “ÖDƏMƏLƏR” bölməsinə daxil olur 
2. daha sonra “XİDMƏTLƏR” bölməsini seçir
3. açılan menyuda «PIN Change» seçir
4. yeni PIN-kodu daxil edir
5. növbəti pəncərədə yeni PIN-kodu təsdiq edir
6. yeni PIN-kod yanlış təsdiq edildiyi halda, ekranda növbəti xəta göstərilir: “PIN nömrəsi səhv yığılıb” Bu halda müştəri “TƏKRAR YIĞMAQ ÜÇÜN BU DÜYMƏNİ BASIN” seçməli və yeni PIN-kodu iki dəfə daxil etməlidir
 
PIN-kodu yalnız bankomatda dəyişmək mümkündür
Yeni PIN-kod 4 rəqəmdən ibarət olmalıdır
PIN-kodu dəyişmək imkanı məhdudiyyətsizdir 
Təkrarlanan (2222), bir-birinin ardınca gələn (1234) rəqəmləri və ya sahib olduğunuz bütün plastik kartlara eyni PIN-kodu seçmək məsləhət görülmür. 
Xidmətlərə qayıt