Telefon Bankçılıq

“AzəriKard” prosesinq mərkəzi öz müştərilərinə “Telefon Bankçılıq” məsafəli xidmətini təqdim edir. Bu xidmətin köməyi ilə müştərilər banka getmədən və Məlumat Mərkəzinin operatoru ilə əlaqə saxlamadan öz kartı ilə aşağıdakı əməliyyatları yerinə yetirə bilər:
balansı yoxlamaq
kartı bloklaşdırmaq
bloklanmış PIN kodu açmaq
“SMS Xəbərdarlıq” xidmətinə qoşulmaq
 
“Telefon Bankçılıq” xidmətindən istifadə etmək üçün müştəri birdəfəlik SMS şifrəsi və yaxud bankomatdan əldə edilən birdəfəlik şifrələr vasitəsilə identifikasiyadan (eyniləşdirmə) keçməlidir.
Məsafəli xidmətin telefon nömrələri aşağıdakılardır: 194, *2273, 5984697, 5984376. 
Xidmət aşağıda təsvir edilən qaydada işləyir:
Müştəri yuxarıda göstərilən telefon nömrələrinə zəng edir və IVR-a (interactive voice response – interaktiv avto cavab) qoşulur. Salamlamanı dinlədikdən sonra dili seçmək təklif olunur (üç dil təqdim olunur - azərbaycan, rus və ingilis dilləri). Seçilmiş dilə uyğun olaraq növbəti seçim etmək imkanı təqdim olunur. Kart sahibi 1 rəqəmini seçərək “Telefon Bankçılıq” xidmətindən istifadə edə, 2 rəqəmini seçərək operatorla əlaqə yarada, 3 rəqəmi ilə isə ticarət müəssisələri  ilə əlaqə yarada bilər.
 
1 rəqəmini seçdikdən sonra müştəri interaktiv menyuya qoşulur. İnteraktiv menyuda aşağıdakı seçimlər təqdim olunur:
kartın balansının yoxlanılması
itirlən/oğurlanan kartın bloklaşdırılması
bloklanmış PIN kodun açılması
“SMS Xəbərdarlıq” xidmətinə qoşulma
Kartın tanınması üçün aşağıdakı eyniləşdirmə üsulları mövcuddur:
birdəfəlik SMS şifrə vasitəsi ilə eyniləşdirmə (“SMS Xəbərdarlıq” xidmətinin istifadəçilərinə mobil telefona SMS vasitəsi ilə 6 rəqəmli şifrə göndərilir)
birdəfəlik şifrələr siyahısından şifrə ilə eyniləşdirmə (siyahını AzəriKard tərəfindən xidmət göstərilən istənilən bankomatdan əldə etmək mümkündür. Bu cür eyniləşdirmə “İnternet Bankinq” və 3D Secure xidmətinin qeydiyyatı və istifadəsi zamanı da istifadə olunur).
Kartın balansının yoxlanılması
“Kartın balansını yoxlamaq” seçimi edildikdən sonra kartın nömrəsi daxil edilir, daha sonra iki növ eyniləşdirmədən biri seçilir. Edilmiş seçimə uyğun şifrə soruşulacaq. Şifrəni düzgün daxil etdikdən sonra balans haqqında məlumat səslənəcək.
Kartın bloklaşdırılması
“Kartın bloklaşdırılması” seçimi edildikdən sonra kartın nömrəsi daxil edilir, daha sonra iki növ eyniləşdirmədən biri seçilir. Edilmiş seçimə uyğun şifrə soruşulacaq. Şifrəni düzgün daxil etdikdən sonra əməliyyatın uğurlu olması barədə məlumat səslənəcək.
Kartın PIN kodunun blokdan çıxarılması
“Kartın PIN kodunun blokdan çıxarılması” seçimi edildikdən sonra kartın nömrəsi daxil edilir, daha sonra iki növ eyniləşdirmədən biri seçilir. Edilmiş seçimə uyğun şifrə soruşulacaq. Şifrəni düzgün daxil etdikdən sonra əməliyyatın uğurlu olması barədə məlumat səslənəcək.
Kartın “SMS Xəbərdarlıq” xidmətinə qoşulması
“Kartın SMS Xəbərdarlıq xidmətinə qoşulması” seçimi edildikdən sonra kartın nömrəsi daxil edilir, daha sonra iki növ eyniləşdirmədən biri seçilir. Eyniləşdirməni uğurla yerinə yetirdikdən sonra müştəri qoşulma növünün seçmək üçün menyu ilə qarşılaşır: 1) Qoşulmaq və 2) Qoşulmuş nömrənin dəyişilməsi. Hansı seçimin edilməsindən asılı olmayaraq telefon nömrəsinin ölkənin və mobil operatorun kodu ilə birgə daxil edilməsi tələb olunur. Daha sonra nömrə yoxlanılır, qeyd olunan nömrə doğrudursa,  # düyməsinin basılması tələb olunur. Bütün məlumatların düzgün daxil edilməsindən sonra əməliyyatın uğurlu olması barədə məlumat səslənəcək.
Qeyd: Əgər kart xidmətə qoşulub və müştəri “Qoşulmaq” seçimini edibsə, bu xidmətin artıq qoşulu olması haqda məlumat səslənəcək və IVR qoşulmuş nömrənin dəyişilməsini seçmək üçün menyuya qayıdacaq.
Diqqət: hər hansı məlumat yanlış daxil edildiyi halda xəbərdarlıq və əməliyyatı yerinə yetirmək üçün edilməli olan addımlar barədə məlumat səslənəcək.

 

Xidmətlərə qayıt