MobilBank

 “AzəriKard” prosessinq mərkəzi “MobilBank” xidmətini təqdim edir. "MobilBank" vaxtınıza qənaət edərək Sizə evinizi və ya ofisinizi tərk etmədən öz kartınızı və ya cari hesabınızı idarə etmək imkanı verir. 
 
“MobilBank” sistemi vasitəsilə Siz real vaxt rejimində günün 24 saatı ərzində öz kartınızı və ya cari hesabınızı idarə edə və aşağıdakı əməliyyatları apara bilərsiniz:
• kartlara dair ümumi məlumatın (kartlarınızın siyahısı, növləri, adları və hər bir kartınızın hesabında və ya cari hesabınızda mövcud olan vəsaitin məbləği) əldə edilməsi
• kommunal xidmətlərin ödənişi
• mobil rabitə ödənişləri
• “Kart Transfer” xidməti vasitəsilə bir kartdan digərinə pul vəsaitlərinin köçürülməsi
• İnternet xidmətinin ödənişi
• ödəniş şablonları. Ödəniş şablonunu yaratmaq üçün müştəri tərəfindən lazımi məlumatlar sistemə daxil edilir və yadda saxlanılır. Növbəti dəfə həmin ödəniş üzrə təkrarlanan əməliyyatların aparılması üçün məlumatların daxil edilməsinə ehtiyac qalmır.
"Cash by Code" xidməti
hesabdan çıxarış
      
“MobilBank” xidmətinə qoşulmaq üçün mobil operatorların ofislərinə və banka müraciət etməyə ehtiyac yoxdur – bankomatdan birdəfəlik şifrələri çap etmək və mobil telefona İnternet vasitəsi ilə xüsusi midleti yükləmək kifayətdir. 
Gələcəkdə menyunun yeni ödənişlər və xidmətlərlə genişləndirilməsi planlaşdırılır.
Xidmətlərə qayıt