Kart Transfer

Bank müştəriləri (kart sahibləri) “Kart Transfer” xidməti vasitəsilə bankomatlardan və ödəniş köşklərindən, habelə “İnternet Bankinq” və “MobilBank” xidmətlərindən istifadə edərək kart hesabları arasında köçürmələr edə bilər.

Köçürmələri həm bir müştərinin hesabları arasında, həm də bir müştərinin hesabından digər  müştərinin hesabına etmək mümkündür.
Əməliyyatların aparılması qaydaları
“Kart Transfer” xidmətindən istifadə etmək üçün kart sahibi bankomata və ya ödəniş köşkünə kartı daxil edib ekranda müvafiq menyunu (“Card to Card” və ya “Kart Transfer”) seçir. Menyu seçildikdən sonra kart sahibi köçürməni aparmaq istədiyi digər kartın 16 rəqəmli nömrəsini (iki dəfə), valyutasını və əməliyyatın məbləğini daxil edib əməliyyatı təsdiq edir.
“Kart Transfer” xidmətindən “İnternet Bankinq” və ya “MobilBank” vasitəsi ilə də istifadə etmək olar.

VISA Personal Payment

Bu xidmət, VISA kartlarının sahiblərinə Azərbaycanda fəaliyyət göstərən digər prossesinq mərkəzlərində xidmət olunan bankların VISA kartlarına (köçürmələr yalnız Azərbaycan manatı ilə) pul köçürə bilərlər. Bu xidmət vasitəsi ilə, kart sahibləri bank filiallarına müraciət etmədən, bankomat şəbəkəsindən istifadə edərək rahat pulu kartdan karta köçürə bilərlər. Əməliyyatı yalnız həmin xidməti dəstəkləyən banklarının bankomatlarında aparmaq mümkündür. 

MasterCard Money Send

MasterCard Money Send beynəlxalq kart köçürmələri MasterCard və Maestro kartlarının sahiblərinə Azərbaycanda fəaliyyət göstərən digər prossesinq mərkəzlərində xidmət olunan bankların MasterCard və Maestro kartlarına (köçürmələr yalnız Azərbaycan manatı ilə mümkündür) pul köçürə bilərlər. Bu xidmət vasitəsi ilə, kart sahibləri bank filiallarına müraciət etmədən, bankomat şəbəkəsindən istifadə edərək rahat kartdan karta pul köçürə bilərlər. Əməliyyatı yalnız həmin xidməti dəstəkləyən banklarının bankomatlarında aparmaq mümkündür. 

Xidmətlərə qayıt