İnternet Bankinq

“AzəriKard” prosessinq mərkəzi “İnternet Bankinq” xidmətini təqdim edir. Bu xidmət vaxtınıza qənaət edərək Sizə evinizi və ya ofisinizi tərk etmədən öz kartınızı və ya cari hesabınızı idarə etmək imkanı verir. Yeni interfeys və proqramın asanlaşdırılmış iş sxemi istifadəçilər üçün hesabların idarə edilməsi imkanlarını genişləndirir.
 
“İnternet Bankinq” sistemi vasitəsilə Siz real vaxt rejimində günün 24 saatı ərzində öz kartınızı və ya cari hesabınızı idarə edə və aşağıdakı əməliyyatları apara bilərsiniz:
kartlara dair ümumi məlumatın (kartlarınızın siyahısı, növləri, adları və hər bir kartınızın hesabında və ya cari hesabınızda mövcud olan vəsaitin məbləği) əldə edilməsi
kommunal xidmətlərin ödənişi
mobil rabitə ödənişləri
“Kart Transfer” xidməti vasitəsilə bir kartdan digərinə pul vəsaitlərinin köçürülməsi
İnternet xidmətinin ödənişi
stasionar rabitə haqlarının ödənişi
rekurrent (təkrarlanan) ödənişlər. Ödənişi yaratmaq üçün müştəri tələb olunan məlumatları daxil etdikdən sonra ödənişin dövriliyini seçir. Bundan sonra sistem müştərinin daxil etdiyi və seçdiyi məlumatlara əsasən avtomatik olaraq ödənişi həyata keçirir.
ödəniş şablonları. Ödəniş şablonunu yaratmaq üçün müştəri tərəfindən lazımi məlumatlar sistemə daxil edilir və yadda saxlanılır. Növbəti dəfə həmin ödəniş üzrə təkrarlanan əməliyyatların aparılması üçün məlumatların daxil edilməsinə ehtiyac qalmır.
      Əgər plastik kartınız “SMS Xəbərdarlıq” xidmətinə qoşulmuşdursa, bankomatdan əldə olunan birdəfəlik şifrə siyahısından istifadə etmədən sistemdə qeydiyyatdan keçə bilərsiniz. Bunun üçün https://www.hbservice.com/ saytında “Register by card number” bölməsini seçin və plastik kartın nömrəsini daxil edin. Bundan sonra mobil telefonunuza SMS vasitəsilə birdəfəlik şifrə göndəriləcək. Həmin şifrəni müvafiq xanaya daxil edin və  qeydiyyat prosesini standart sxem üzrə davam edərək istifadəçi adını və şifrəsini yaradın.
 
“İnternet Bankinq” sistemi nə dərəcədə təhlükəsizdir?
“İnternet Bankinq” sistemi yüksək səviyyədə müdafiə olunur:
sistem üzərindən ötürülən bütün məlumatlar şifrələnir
istifadəçinin eyniləşdirilməsi (identifikasiyası) üçün elektron sertifikatlardan istifadə edilir
yalnız cari iş seansı ərzində etibarlı olan birdəfəlik şifrələrdən istifadə olunur
 
Xidmətlərə qayıt