Cash by code

Cash by Code bankomat vasitəsi ilə
“AzəriKard” prosessinq mərkəzi bankomat vasitəsilə plastik kart olmadan nağd vəsait əldə etmək imkanını yaradan yeni “Cash by Code” xidmətini təklif edir. Bu xidmət vasitəsilə kart sahibləri bankomata yaxınlaşaraq kart hesablarından kartı olmayan şəxslərə nağd pul göndərə bilər. Xidmətdən istifadə etmək üçün kart sahibi bankomata öz kartını daxil edərək əsas menyuda “Cash by Code” seçir, məbləği və valyutanı daxil edib nağd pulu göndərmək istədiyi şəxsin mobil telefon nömrəsini daxil edir. Sistem iki hissədən ibarət olan kod yaradaraq bir hissəsini SMS vasitəsilə pulu göndərdiyi şəxsin mobil telefonuna göndərir, digərini isə bankomat vasitəsilə çekdə çap edir. Nağd vəsaiti göndərən şəxs kodun ikinci hissəsini istənilən şəkildə alan şəxsə çatdıra bilər. Nağd vəsaiti alan şəxs kodun hər iki hissəsini bankomata daxil etməlidir.

Cash by Code MobilBank vasitəsi ilə
Azərbaycanda ilk dəfə olaraq “AzəriKard” prosessinq mərkəzi kart olmadan mobil telefon vasitəsi ilə bankomatdan nağd vəsait əldə etmək imkanını təqdim edir. Bu yenilik “MobilBank” xidmətinin istifadəçiləri üçün yaradılıb. Bu xidmət vasitəsilə “MobilBank” istifadəçiləri kart hesablarından istənilən məbləğdə və valyutada, kartı olmayan şəxslərə nağd pul göndərə və ya plastik kartları üzərində olmadığı təqdirdə bankomatdan nağd pul çıxara bilər. Xidmətdən istifadə etmək üçün kart sahibi “MobilBank” sisteminə daxil olaraq əsas menyuda “Cash by Code” seçir, məbləği və valyutanı daxil edir. Sistem xüsusi kod yaradaraq onu telefonun ekranında əks etdirir. Kart sahibi həmin vəsaiti kiməsə göndərmək istədiyi halda, həmin kodu SMS vasitəsi ilə və ya digər üsulla pulu göndərdiyi şəxsə çatdırır və ya kart sahibi özü həmin kod vasitəsi ilə nağd pulu bankomatdan əldə edir. Koddan istifadə edərək vəsaiti əldə etmək üçün göndərilən vəsaitin məbləğini və valyutasını bankomata daxil etmək lazımdır. “MobilBank” xidmətinə qoşulmaq üçün JAVA MIDP 2.0 və JAVA BIS platformalı mobil telefonlardan istifadə edən hər kəs www.azericard.com keçidindən yararlana, Android və iOS platformalı mobil telefonlardan istifadə edən şəxslər isə Google Play və Apple Store üzərindən müvafiq yükləmələri edə bilər.

Xidmətlərə qayıt