SMS vasitəsi ilə Virtual Kart

“AzəriKard” prosessinq mərkəzi Virtual ödəmə kartının SMS vasitəsi ilə dərhal əldə olunması imkanını təqdim edir. Virtual Kartı almaq üçün YENI <boşluq> valyuta (AZN/USD/EUR), məsələn YENI AZN komandası xüsusi qısa nömrəyə göndərilir və İnternet vasitəsi ilə alış-veriş aparmaq üçün Visa və ya MasterCard kartlarının bütün lazımi rekvizitləri SMS ilə telefona daxil olur. Həmin kart həm Azərbaycanın, həm də xarici ölkələrin İnternet saytlarında istifadə oluna bilər. 

Ani Virtual Kartı hədiyyə etmək də olar. Bunun üçün HEDIYYE <boşluq> mobil telefonun nömrəsi <boşluq> valyuta (AZN/USD/EUR), məsələn HEDIYYE 0501234567 AZN komandasını qısa nömrəyə göndərin. Bir mobil telefon nömrəsinə müxtəlif valyutalarda üç kart sifariş etmək olar. Virtual Kart bir il müddətinə buraxılır. Kartın balansını artırmaq üçün “Kart Transfer” və ya “Cash to any Card” xidmətlərindən istifadə edə bilərsiniz. Balansı öyrənmək üçün mobil telefondan BALANS <boşluq> valyuta (AZN/USD/EUR), məsələn BALANS AZN komandası xüsusi qısa nömrəyə göndərilir və bir neçə dəqiqədən sonra balans haqqında məlumat SMS şəklində telefona daxil olur. 

“SMS Xəbərdarlıq” xidmətinə qoşulmaq üçün mobil telefondan SMS <boşluq> valyuta (AZN/USD/EUR), məsələn SMS AZN komandası xüsusi qısa nömrəyə göndərilir. Kartın istifadə müddətini uzatmaq üçün mobil telefondan UZAD <boşluq> valyuta (AZN/USD/EUR), məsələn UZAD AZN komandası xüsusi qısa nömrəyə göndərilir. Hal-hazırda xidmətdən yalnız “Azercell” mobil operatorunun abunəçiləri istifadə edə bilər. 


Virtual Kart haqda daha ətraflı məlumatla www.anikart.az veb-saytında tanış olmaq mümkündür.  

Xidmətlərə qayıt