SMS Xəbərdarlıq

“SMS Xəbərdarlıq” xidməti kart sahibini onun kartı vasitəsilə aparılan bütün əməliyyatlar haqda SMS  ismarıclar vasitəsilə məlumatlandırılmasını nəzərdə tutur. Xidmətin bir sıra üstünlükləri vardır və əsasən dələduzluq əməliyyatlarının qarşısının alınması üçün istifadə olunur.
 
Xidmətin üstünlükləri aşağıdakılardır:
bankomatdan qoşulma imkanı
istənilən yerli və ya xarici mobil operatorun şəbəkəsinə aid olan mobil nömrənin qoşulması imkanı
telefonda SIM-kartı dəyişməyə ehtiyacın olmaması
məlumatların real vaxt rejimində alınması
 
Xidmətə qoşulma təhlükəsizdir:
kartın xidmətə qoşulmasını kart sahibi PIN kod vasitəsilə bankomatda təsdiq edir
kart sahibi istənilən nömrəni öz kartında olan xidmətə qoşa bilər
kartda xidmətin ləğv edilməsi üçün kart sahibi bank filiallarına müraciət etməlidir 
 
Xidmətin istifadəçilərinə təqdim olunan imkanlar bunlardır:
əməliyyatlara dair qeyri-məhdud sayda SMS ismarıclar – kartınızla apardığınız hər bir uğurlu və ya uğursuz əməliyyat üzrə məlumat ayrıca SMS ismarıc şəklində real zaman çərçivəsində təmənnasız olaraq mobil telefonunuza göndərilir 
onlayn əməliyyatların təhlükəsizliyinin təmin olunmasında rahatlıq – “SMS Xəbərdarlıq” xidmətinə qoşulmuş kartın sahibi İnternetdə təhlükəsiz şəraitdə (3D Secure) əməliyyatlar apararkən tələb olunan birdəfəlik şifrəni SMS ismarıc şəklində (OTP SMS) mobil telefonunda qəbul edir 
kartın istifadə müddətinin bitməsi haqda məlumatın göndərilməsi – kartınızın istifadə müddətinin bitməsinə müəyyən müddət qalmış müvafiq məlumat SMS vasitəsilə təmənnasız olaraq mobil telefonunuza göndərilir
 
Xidmətə qoşulma prosesi aşağıdakı kimidir:
bankomatın əsas menyusunda “XİDMƏTLƏR” düyməsini seçin 
daha sonra “SMS XƏBƏRDARLIQ” düyməsini seçin 
mobil telefonunuzun nömrəsini daxil edin
nömrəni təkrar daxil edin
nömrəni təsdiq edin
Xidmətə qoşulduqdan sonra mobil telefona SMS ismarıc göndərilir. Müştəri ismarıcı almadıqda “AzəriKard” Müştəri Xidmətlərinə müraciət etməlidir.
Xidmətlərə qayıt