Cash to any Card

“Cash to any Card” xidməti kartın balansını “Cash-in” tipli bankomatlar vasitəsilə artırmaq imkanı verir, lakin standard prosedurdan fərqli olaraq proses plastic kart olmadan aparılır.
Balansı artırmaq üçün sadəcə “Cash to any Card” funksiyasını seçmək, kartın nömrəsini iki dəfə daxil etmək və slota nağd pulu yerləşdirmək lazımdır. Xidmətin rahatlığı ondadır ki, balansı tək kartın sahibi deyil, onun tanışları və qohumları da artıra bilər. 
Daha banka müraciət etməyə ehtiyac yoxdur, bu funksiyanı dəstəkləyən bütün “Cash-in” tipli bankomatlarda xidmətdən istifadə edə bilərsiniz.
 
Xidmətin üstünlükləri bunlardır:
“AzəriKard” sistemində xidmət olunan bütün kartların balansının artırılma imkanı
kartın özünəehtiyacın olmaması
həftənin 7 günü 24 saat ərzində xidmətdən istifadə imkanı
vəsaitin kartın balansına dərhal köçürülməsi
balansın məhdudiyyətsiz artırılma imkanı

 

Xidmətlərə qayıt