“Azərikard” yay təcrübə proqramını müvəffəqiyyətlə başa vuran tələbələri təltif etdi

“Azərikard” gənc bacarıqlı insanlara dəstək olmaq məqsədi ilə cari ilin iyul ayının 1-dən 31-nə kimi sayca ikinci təcrübə proqramını təşkil etmişdir.  
Proqramda, sonuncu kurs bakalavr və magistratura tələbələrinə qatılmaq imkanı yaradılmışdır.  Təcrübə proqramı İnformasiya texnologiyaları, İT təhlükəsizlik, Biznesin inkişafı, Əməliyyat və İnsan resursları üzrə keçirilmişdir.
Təcrübə proqramının əsas məqsədi - yüksək potensiala malik gənclərin müəyyən edilməsi, həmin gənclərdə nəzəri biliklərin praktiki tətbiq etmə qabiliyyətinin formalaşdırılması və bununla da gənclərin inkişafına öz tövhəsini verməkdir. 
Bir aylıq təcrübə proqramının sonunda yüksək nəticələrlə proqramı bitirən 6 təcrübəçi (Quliyeva Aydan Tələt qızı, Əlibəyli Ləman Eldar qızı, İbrahimova İranə Rüstəm qızı, Ağabəyli Rafət Müşfiq oğlu, Rüstəmova Leyla İlqar qızı, Qaraşlı Türkel Calal oğlu) “Azərikard”-ın Baş direktoru Fərid Quliyev tərəfindən sertifikatlarla təltif olundu.
Xatırladaq ki, 2018-ci ilin yay aylarında “Azərikard” tələbələr üçün ilk təcrübə proqramını təşkil etmişdir, təcrübə sonrası tələbələr sertifikatla təltif  edilmişdir. 
“Azərikard” Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəniş Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prossesinq mərkəzidir. Hal-hazırda “Azərikard” Azərbaycanda, eləcə də onun hüdudlarından kənarda 21 banka prosesinq xidməti göstərir.