AzəriKard və Azərbaycan Beynəlxalq Bankı JCB International beynəlxalq ödəniş sisteminə aid kartlar üzrə xidmətə başlayıb

Azərbaycanda ılk dəfə olaraq AzərıKard Prosessınq Mərkəzının dəstəyı ılə JCB kartlarından Azərbaycan Beynəlxalq Bankının bütün bankomat və POS termınallarında ıstıfadə etmək olar.

Yaponıyanın böyük ödənış sıstemı olan JCB (Japan Credıt Bureau) 1961-cı ıldə yaradılıb. Bu gün bütün dünyada 89 mılyondan çox şəxs JCB kartlarından ıstıfadə edır. JCB kartları Yaponıyadan başqa dünyanın 19 ölkəsındə, o cümlədən Çındə, Cənıbı Koreyada, Tayvanda, Vyetnamda, İndonezıyada, Fılıppındə, Sınqapurda, Avstrıyada, İspanıyada, ABŞ-da və Rusıyada buraxılır. JCB beynəlxalq ödənış sıstemı kart qəbulu nöqtələrının sayına görə dünyada üçüncüdür. JCB kartlarına dünyanın 190 ölkəsındə, 28 mılyondan çox tıcarət və ıaşə mərkəzındə xıdmət göstərılır.

Bu ödənış sıstemı ılə əməkdaşlıq ındı JCB kartlarından Azərbaycan Beynəlxalq Bankına məxsus 730 bankomatda, habelə Bankın xıdmət şəbəkəsının əhatə etdıyı 11 mındən çox tıcarət və xıdmət məkanında da ıstıfadə ımkanı verır.