Kart Transfer

Kart Transfer

“Kart Transfer” xidmətindən istifadə etməklə Kart istifadəçiləri bankomatlardan və ödəniş köşklərindən, habelə “İnternet Bankinq” və “MobilBank” xidmətlərindən istifadə edərək kart hesabları arasında köçürmələr edə bilərlər.
Köçürmələr istənilən kartlar arasında aparıla bilər.
Əməliyyatların aparılması qaydaları “Kart Transfer” xidmətindən istifadə etmək üçün kart sahibi bankomata və ya ödəniş köşkünə kartı daxil edib ekranda müvafiq menyunu (“Card to Card” və ya “Kart Transfer”) seçir. Menyu seçildikdən sonra kart sahibi köçürməni aparmaq istədiyi digər kartın 16 rəqəmli nömrəsini (iki dəfə), əməliyyatın məbləğini və valyutasını daxil edib əməliyyatı təsdiq edir. “Kart Transfer” xidmətindən “İnternet Bankinq” və ya “MobilBank” vasitəsi ilə də istifadə etmək olar.

VISA Direct və MasterCard MoneySend

Bu xidmətdən istifadə etməklə, VISA və MasterCard kartları istifadəçiləri Azərbaycanda xidmət olunan müvafiq olaraq bütün digər Visa və MasterCard kartlarına manatla pul köçürə bilərlər.
Bu xidmət vasitəsi ilə, kart sahibləri bank filiallarına müraciət etmədən, bankomat şəbəkəsindən istifadə edərək pulu kartdan karta köçürə bilərlər. Əməliyyatı yalnız həmin xidməti dəstəkləyən banklarının bankomatlarında aparmaq mümkündür.