Cash to any Card

 
 

Cash to any Card
“Cash to any Card” xidməti kartın balansını “Cash-in” tipli bankomatlar vasitəsilə artırmaq imkanı verir, lakin standard prosedurdan fərqli olaraq proses bank kartı olmadan aparılır.
Balansı artırmaq üçün sadəcə “Cash to any Card” funksiyasını seçmək, kartın nömrəsini iki dəfə daxil etmək və slota nağd pulu yerləşdirmək lazımdır. Xidmətin rahatlığı ondadır ki, balansı tək kartın sahibi deyil, istənilən başqa şəxs artıra bilər. 
Banka getmədən bu funksiyanı dəstəkləyən bütün “Cash-in” tipli bankomatlarda xidmətdən istifadə etmək olar.
 
Xidmətin üstünlükləri bunlardır:
• “AzəriKard” sistemində xidmət olunan bütün kartların balansının artırılma imkanı
• kartın özünə ehtiyacın olmaması
• həftənin 7 günü 24 saat ərzində xidmətdən istifadə imkanı
• vəsaitin kartın balansına dərhal köçürülməsi
• balansın məhdudiyyətsiz artırılma imkanı