“SMS Xəbərdarlıq” xidməti, kart sahibini kartı ilə aparılan bütün əməliyyatlar haqda SMS ismarıclarla məlumatlandırılmasını nəzərdə tutur.
Xidmətin üstünlükləri aşağıdakılardır:
- İstənilən yerli və ya xarici mobil operator şəbəkəsinə aid olan mobil nömrənin qoşulması,
- Kartla aparılan bütün əməliyyatlar haqqında məlumatlanma,
- Məlumatların real vaxt rejimində alınması,
Xidmətə qoşulma:
- Qoşulmanı bankomatdan «SMS Xəbərdarlıq» menyusu vasitəsi ilə həyata keçirilir,
- Kart sahibi istənilən nömrəni öz kartına bağlaya bilər,
Xidmətin istifadəçilərinə təqdim olunan imkanlar bunlardır:
- əməliyyatlara dair SMS ismarıclar,
- onlayn əməliyyatların təhlükəsizliyinin dəfəlik SMS kodla təmin olunması,
- kartın istifadə müddətinin bitməsi haqda məlumatlanma.
Qeyd:
Xidmətə qoşulduqdan sonra mobil telefona SMS ismarıc göndərilir. Müştəri ismarıcı almadıqda “Azərikard” Məlumat Mərkəzinə müraciət etməlidir.
Kartda xidmətin ləğv edilməsi üçün kart sahibi bank filiallarına müraciət etməlidir.