Tender elanı. Təmir, tikinti və quraşdırma işləri.

14 Yanvar 2020, 00:00

AzəriKard MMC aşağıda adları qeyd edilən xidmətlərin/işlərin satın alınması məqsədi ilə tender elan edir:

S/n

Xidmətin/İşin   adı

Sahə (m2)

İştirak haqqı

Qeyd

1

6 mərtəbəli binanın dam hissəsində işçi zonanın inşası və təmiri

 

200

300 AZN

Təhvil-təslim, tikinti işindən əlavə Müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən müvafiq istifadəyə dair sənədlər alındıqdan sonra yekunlaşmış sayılacaq.

2

 Terrasın inşası və təmiri

35

3

İnzibati binanın giriş hissəsinin təmiri

**

 

Tenderdə iştirak etmək istəyənlərə təklif edilir ki, öz tender təkliflərini MÖHÜRLƏNMİŞ, İMZALANMIŞ şəkildə İKİQAT ZƏRFLƏRDƏ (üzərində “Tender təklifi” qeyd ilə) yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər qeyd edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Bül-Bül pr. 54 ünvanından (Əlaqələndirici şəxs: Məmmədova Vüsalə, telefon 012-5052151, daxili 8057) əldə edə bilərlər.

İştirak haqqı aşağıdakı hesaba köçürülməlidir:

Hesab:            AZ79IBAZ40060019449311555120

VÖEN:            1400318341

Bank:              Azərbaycan Beynəlxalq Bankı ASC Müştəri Xidməti Departamenti

 

Kod:                805250

VÖEN:            9900001881

M/H:                AZ03NABZ01350100000000002944

SWIFT:           IBAZAZ2X

 

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tenderdə iştirak etmək üçün yazılı müraciət,
  2. Tender iştirak haqqının ödənilməsi barədə bank sənədi,
  3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır),
  4. Tender təklifi dəyərinin 1 %-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən az 60 bank günü qüvvədə olmalıdır),
  5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış,
  6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında bank arayışı,
  7. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri,
  8. İddiaçının əvvəllər analoji təcrübələri haqqında məlumat,
  9. İddiaçıların müvafiq xidmətlər/işlər üzrə mənşə və uyğunluq sertifikatları.

 

Digər sənədlər:

  1. Tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri lisenziyası

 

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru “Azərikard” MMC üçün malların/xidmətlərin/işlərin satın alınması işinin təşkili üçün daxili təlimata əsasən keçiriləcəkdir.

İddiaçılar yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 31.01.2020-ci il, saat 18:00-a qədər, tender təklifini və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 06.02.2020-ci il, saat 18:00-a qədər Bakı şəhəri, Bül-Bül pr. 54 ünvanına təqdim etməlidirlər.

İddiaçıların təklifləri 07.02.2020-ci il, saat 15:00-da Bakı şəhəri, Bül-Bül pr. 54 ünvanında açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri müvafiq etibarnamə və şəxsiyyət vəsiqələrini təqdim etməklə iclasda iştirak edə bilərlər. İştirak etmək istəyən nümayəndələr barədə 06.02.2020-ci il, saat 18:00-a qədər “Azərikard” məlumat verməlidirlər.

 

Hörmətlə,

Tender komissiyası