TENDERƏ DƏVƏT: Prosessinq fəaliyyətinin tam İT Auditi

18 Sentyabr 2019, 00:00

“Azərikard” MMC aşağıda adı qeyd edilən xidmətin satın alınması məqsədi ilə 1 lot üzrə İKİ MƏRHƏLƏLİ tender elan edir:

S/n

Xidmətin  adı

Lot

İştirak haqqı

Qeyd

1

Prosessinq fəaliyyətinin tam İT Auditi

1

250 AZN

Şirkətlər:

1.    Ən az İT auditi sahəsində 5 il beynəlxalq iş təcrübəsinə malik olmalı;

2.    Maliyyə sahəsində  5 şirkətin IT auditini (ən az bir prosessinq olmalı) həyata keçirmiş olmalı (sənədləri təqdim etməli).

 

Birinci mərhələdə təqdim edilməsi tələb olunanlar:

  1. İlkin sənədlər:
  2. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri,
  3. İddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları,
  4. Əvvəllər oxşar layihələrin həyata keçirilməsi barədə məlumatlar.
  5. İT Auditi üzrə təklif etdikləri əhatə dairəsi

Tenderdə iştirak etmək istəyənlərə təklif edilir ki, birinci mərhələ üzrə öz tender təkliflərini (İlkin sənədlər və auditin əhatə dairəsi) möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə (üzərində “Tender təklifi” qeyd ilə) yazılı surətdə 25.10.2019-cu il , saat 18:00-dək Bül-bül pr. 54 ünvanına təqdim etsinlər.

İkinci mərhələdə tələb olanlar:

  1. İştirak haqqının ödənilməsi,
  2. Qiymət göstərilən tender təklifinin göndərilməsi.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi təcrübəyə, maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər lot üzrə qeyd edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Bül-Bül pr. 54 ünvanından (Əlaqələndirici şəxs: Məmmədova Vüsalə, telefon 012-5052151, daxili 8057) əldə edə bilərlər.

İştirak haqqı aşağıdakı hesaba köçürülməlidir:

Hesab:            AZ79IBAZ40060019449311555120

VÖEN:             1400318341

Bank:              Azərbaycan Beynəlxalq Bankı ASC Müştəri Xidməti Departamenti

 

Kod:                 805250

VÖEN:             9900001881

M/H:               AZ03NABZ01350100000000002944

SWIFT:          IBAZAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderin ikinci mərhələsində iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tenderdə iştirak etmək üçün yazılı müraciət,
  2. Tender iştirak haqqının ödənilməsi barədə bank sənədi,
  3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır),
  4. Tender təklifi dəyərinin 1 %-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən az 60 bank günü qüvvədə olmalıdır),
  5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış,
  6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında bank arayışı.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru “Azərikard” MMC üçün malların/xidmətlərin/işlərin satın alınması işinin təşkili üçün daxili təlimata əsasən keçiriləcəkdir.

Birinci mərhələdə tender təklifləri rədd edilməmiş iddiaçılar xidmətin özünəməxsus xüsusiyyətlərinin məcmusu barədə qiymətləri göstərməklə yekun tender təkliflərini və bank təminatını  möhürlənmiş ikiqat zərfdə birinci mərhələ yekunlaşdıqdan sonra elan olunacaq tarixdə Bakı şəhəri, Bül-Bül pr. 54 ünvanına təqdim etməlidirlər.

İddiaçıların təkliflərinin açılması tarixi və yeri barədə məlumat elan olunacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri müvafiq etibarnamə və şəxsiyyət vəsiqələrini təqdim etməklə iclasda iştirak edə bilərlər.

 

Hörmətlə,

Tender komissiyası